Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi koronavirus pnevmoniyasından ölənlərin və müalicə olunanlarla bağlı məlumat yayıb.
Unikal.org xəbər verir ki, komitənin açıqlamasında deyilir: "Ölkədə koronavirusdan ölənlərin sayı 2 912 nəfərə çatıb. Son gün ərzində 42 nəfər virusdan ölüb. Virusa yoluxanlardan 44,4 mindən çoxu sağalaraq xəstəxanaları tərk edib.
Çində ümumilikdə 80 mindən çox insan bu virusun daşıyıcısıdır".