Türkiyə-İran sərhədində sərnişin avtobusu raketlə vuruldu.
Unikal.org xəbər verir ki, Türkiyənin Gürbulak gömrük-sərhəd keçid məntəqəsinə aid avtomobil parkında baş verib. Gömrük-sərhəd keçid məntəqəsinə aid avtobus raketlə vurulub və yaralananların olduğu deyilir.
Türkiyə-İran sərhədində avtobus raketlə vurulmasına Daxili İşlər naziri Süleyman Soylu münasibət bildirib.
Süleyman Soylu bildirib ki, terroristlərin yeri müəyyənləşdirilib və hazırda onların zərərsizləşdirilməsi üçün əməliyyat aparılır.