Azərbaycanda məktəbdə koronavirusa qarşı aparılan fərqli dezinfeksiya işləri tənqid olunub.
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotonun Göyçay rayon Nizami adına 7 № tam orta məktəbdə çəkildiyi iddia olunur. Fotoda üzərində xüsusi geyim olmayan şəxs əlində olan içki qabında doldurulmuş mənşəyi bilinməyən maddəni sinif otağının qapısına səpir.
Məsələ ilə bağlı Təhsil nazirliyindən Unikal.org-a bildirilib ki, sözügedən məktəbdə dezinfeksiya işlərinin aparılma keyfiyyəti aydınlaşdırılıb, ictimaiyyətə bu barədə məlumat veriləcək.
Famil Fərhadoğlu