Rusiyanın dəstəyi ilə Əsəd rejimini bir çox nöqtədə mülki şəxsləri, xüsusilə İdlibdə yaşayış məskənlərini bombalamağa davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mövzuyla əlaqədar hesabat hazırlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya Araşdırma Komissiyası, Rusiyanın müharibə cinayətləri etdiyini bildirib.
Belə ki, hesabatda: “Rusiya Hərbi Hava Qüvvələri İdlibdəki mülki bölgələrə hücumlar təsadüfi edərək müharibə cinayətini başlatdı” deyə qeyd olunub.
Həmçinin, BMT-nin Suriya Araşdırma Komissiyası da Əsəd rejimi üçün oxşar ifadələrdən istifadə edib. BMT hesabatında bildirilib ki, Əsəd rejimi Suriyada səhiyyə müəssisələrini və mülki ünsürləri güllələyərək dəfələrlə müharibə cinayətləri törədib.