Fransada koronavirus epidemiyasının yayılması ilə əlaqədar bütün rəsmi toplantılar, sərgilər və mədəniyyət tədbirləri ləğv edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun səfərləri təxirə salınıb.

Bundan başqa, Fransanın turizm rəmzi olan Luvr muzeyi, bir çox məktəblər, bağçalar bağlanıb.