Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları Qərbə getmək istəyən miqrantların gəmisini batırmağa cəhd edib.

Unikal.org  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Yunanıstanla su sərhədində - Bodrum rayonunun yaxınlığında baş verib.

Hərbçilər qayığa qarşı təhlükəli manevrlər edib, atəş açıb və uzun zopa ilə onu batırmağa çalışıblar.

Qaçqınları faciədən Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları qurtarıblar.