Bu il fevralın 20-dən martın 1-ə qədər keçirilən 70-ci "Berlin kinofestivalı"nın qalibləri bəlli olub.

 

 

Unikal.org xəbər verir ki, festivalda “ən yaxşı film” nominasiyasında iranlı rejissor Məhəmməd Rəsulovun çəkdiyi “Şər yoxdur” filmi qalib olub. İranda yayılan koronavirus səbəbindən isə rejissora ölkəni tərk etməyi qadağan ediblər. Bu səbəbdən “Qızıl ayı” mükafatı onun qızı Baran Rəsulovoya təqdim olunub.

Berlin kinofestivalının “Qran-Prisi”nə isə Eliza Hittmanın lentə aldığı "Heç vaxt, nadir hallarda, bəzən, həmişə" filmi layiq görülüb.

Digər nominasiyalar üzrə qalib olanlar isə aşağıdakılardır:

“Ən yaxşı rejissor” - Hon San Sunun (“Qaçan qadın” filmi)

“Ən yaxşı ssenari” – Damiano və Fabio D İnnoçenzo qardaşları (“Pis nağıllar” filmi)

“Ən yaxşı aktrisa” – Paula Ber ("Undina" filmi) 

“Ən yaxşı aktyor” -  Elio Cermano ("Mən gizlətmək istəyirdim" filmi)

“Ən yaxşı operator işi” – ("Dau. Nataşa" filmi)