Rusiya Müdafiə Nazirliyi hərbi polis bölmələrini günlərdir davam edən gərgin qarşıdurmaların olduğu İdlibin Serakib şəhərinə göndərildiyini açıqladı.
Unikal.org xəbər verir ki, Rusiya MN-nin açıqlamasında deyilir:
""Hərbi qüvvələr M4 - M5 avtomobil yollarında nəqliyyat vasitələrinin və mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini və maneəsiz hərəkət etmə qabiliyyətini nəzərə alaraq martın 2-də, saat 17.00-da Serakib şəhərinə daxil oldular".
Qeyd edək ki, Rusiya Müdafiə nazirliyinin açıqlamasından sonra hələlik Türkiyə bu məsələyə şərh verməyib.