Türkiyəninin Adana vilayətində Nasır Fidan adlı təsbeh ustası dünyada bir ilkə imza atıb.
Unikal.org xəbər verir ki, 17 ildir təsbeh ustası olan Nasır Fidan, prezident Rəcəb Tayyib Ərdoğana dünyada yeganə olan təsbeh daşı hədiyyə etmək qərarına gəlib. Xüsusi təsbeh etmək istəyən Fidan, hər biri 27,7 kiloqram ağırlığında 36 daşdan ibarət olan 1 ton kəhrəba təsbeh istehsal etməli olub.
Belə ki, 1 tonluq kəhrəbadan hazırlanan təsbeh Ərdoğana hədiyyə edilib. Daha sonra mətbuata açıqlama verən Nasır usta: “Prezidentimiz də təsbeh toplayıcısıdır. Bu təsbeh dünya liderlərinin qonaq olduğu kompleksimizdə nümayiş olunarsa, məmnun olardıq” deyə bildirib.
Qeyd edək ki, istehsalı 2 il davam edən və sarı rəngdə olan təsbeh, günəş şüalarını qəbul etmək və daha çox kəhrəba rəng almaq üçün “Rosary” marketdə 4 ay sərgilənib. Dünyada ən böyük olan təsbeh üçün Ginnesin Rekordlar Kitabına da müraciət edilib.
Gülayə Mecid