Türkiyə ordusu Bahar Qalxanı əməliyyatı çərçivəsində Bəşər Əsəd qüvvələrinə aid L-39 tipli qırıcı təyyarəsini vurub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə nazirliyi məlumat yayıb. "Uğurla davam edən Bahar Qalxanı əməliyyatında rejimə aid bir L-39 tipli döyüş təyyarəsi vuruldu".
Qeyd edək ki, İdlibdə döyüşlər başlayandan bu günə kimi, Türkiyə ordusu Bəşər Əsəd rejiminə aid qüvvələrin "SU-24" tipi iki qırıcısını vurub.