Suriya rejim qüvvələri İdlib bölgəsinin cənub-şərqində yerləşən Serakib şəhərinə daxil olub.

Unikal.org sana-ya istinadən xəbər verir ki, bu barədə Suriya rejim qüvvələri açıqlama yayıb. Açıqlamada bildirilir ki, şiddətli döyüşlərdən sonra qüvvələr Serakibə giriblər. Serakib şəhərinin yaxınlığındakı Cubas, Tarnaba, Dadıx və Kafr-Batıx yaşayış məntəqələrini Rusiya və İranın köməkliyi ilə alıb.

Eyni zamanda, Suriya rejiminin Müdafiə Nazirliyi yanında Rusiya Koordinasiya Mərkəzi, hərbi polisinin şəhərdə təhlükəsizliyi təmin etdiyini açıqladı.

Hazırda Cebal Əz-Zəviyyə bölgəsinin kənarında döyüşlər davam etdirilir.