İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayını açıqlayıb.

Unikal.org-un IRNA-ya istinadən məlumatına görə, İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə daha 11 nəfərin bu infeksiyanın qurbanı olduğunu bildirib.

Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 77 nəfərə çatıb.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.