"Rusiya, İdlibdə Türkiyə ilə birbaşa qarşıdurma riskini azaltmağa ümid edir."
Unikal.org xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bəyan edib ki, bunun üçün iki ölkənin orduları arasında daim təmas qurulur.
Qeyd edək ki, açıqlamada Ərdoğan, Putin və Ruhaninin iştirakı ilə keçiriləcək üçtərəfli sammitin müzakirə olunduğu da deyilib.