İnternetin qaranlıq tərəfi kimi də tanınan “Deep Web” (dərin veb) adlı gizli internet şəbəkəsi əksər internet istifadəçilərinin maraq dairəsindən qaçır.
Unikal.org məlumat verir ki, bununla birlikdə mütəxəssislər istifadəçilərə “yoluxma” sözləri ilə xəbərdarlıq edirək bu şəbəkədən istifadə etməməyi məsləhət görür. “Deep Web” (dərin veb) bütün internet aləminin 90 faizini təşkil edir və bunun 10 faizi “Google”un daxil ola biləcəyi bütün saytları əhatə edir.
Belə ki, “Deep Web” (dərin veb) istifadə zamanı qorxulu və gizli məlumatları tez bir zamanda tapılmasına xidmət edir.
Qeyd edək ki, dərin veb, dərin internet adlanan istifadə etdiyimiz səthi internetin alt ölçüləridir. Hər bir internet istifadəçisi üçün əlçatmaz saytlar və məlumatlar buradan əldə edilə bilər.