“Rabitəbank” “Visa” şirkəti tərəfindən ölkədə keçirilən “Visa Simulation” yarışında birinci yerə layiq görülüb. Bu beynəlxalq yarış Azərbaycan maliyyə qurumlarının iştirakı ilə 27 komandadan ibarət olub. Yarışın əsas məğzi yaradılan kart məhsulunun strategiya və satışının təmin olunması istiqamətinə yönəlib.
Unikal.org xəbər verir ki, daha bir uğur isə ölkənin ən məşhur mükafatlandırmalarından olan “Azeri Business Awards” tərəfindən “İlin innovativ bank məhsulu” nominasiyası üzrə “Kartmane” kartının təltif olunmasıdır. Çox sayda üstünlüklərə malik olan “Kartmane” kartı bütün dünya üzrə YDM-lərdən 10 faizədək, kafe və restoranlardan isə 5 faiz cashback qazandırır.
“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.