Avstraliyanın Adelaida şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, açıq-saçıq geyimləri ilə sosial şəbəkələrdə aktiv olan 20 yaşlı Sabrina doğma atası tərəfindən 8 dəfə bıçaqlanaraq qətlə yetirilib.
Belə ki, qızının sosial şəbəkələdə bu cür paylaşımlarını qadağa edən 49 yaşlı Petrit Lekaj adlı ata onunla söhbət edib. Daha sonra ata ilə qızı arasında geyimə görə mübahisə düşüb. Nəticədə ata qızına 8 dəfə bıçaq xəsarəti yetirərək onu qətlə yetirib.
Qeyd edək ki, Petrit Lekaj ilk dəfə 1994-cü ildə narkotik satmaqda ittiham olunaraq həbs olunub. O həmçinin 2007-ci il və 2009-cu illərdə müxtəlif cinayətlərdə ittiham olunub. Qızını öldürən ata bu dəfə ömürlük həbs cəzasına məhkum edilib.