ABŞ Suriya xalqına 108 milyon ABŞ dolları dəyərində humanitar yardım edəcək.
Unikal.org “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.
Məlumatda ABŞ-ın BMT baş katibi Antonio Quterrişin humanitar yardım məqsədilə Suriya və Türkiyə arasında əlavə sərhəd-keçid məntəqəsinin açılması təklifini dəstəklədiyi qeyd olunub.