Almaniyanın avtomobil istehsalçısı "BMW" şirkətinin işçiləri arasında koronavirus yayılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Münhen şəhərindəki ofisdə çalışan bir işçidə koronavirus aşkarlandıqdan sonra onunla təmas olan 150 nəfər karantinə alınıb. Şirkət rəsmiləri tərəfindən edilən açıqlamada həmin şəxsin ötən həftənin sonundan etibarən xəstəxanada müalicə olunduğu bildirilib.
İşçilərinin sağlamlığının onlar üçün hər şeydən üstün olduğunu qeyd edən "BMW" rəsmiləri koronavirus aşkarlanan işçinin təmasda olduğu 150 nəfərin 14 gün müddətinə karantində saxlanılacaqlarını açıqlayıb.