Çinin cənubunda koronavirus epidemiyası ilə mübarizədə vəzifəli olan iki şəxsi öldürən adama edam cəzası verilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Yunnan əyalətində baş verib. Belə ki, COVID-19-un yayılmasının qarşısını almağa yönəlmiş işlər zamanı bağlanan bir yoldan maşını ilə iznsiz keçməyə çalışan Ma Çenqo ona mane olmaq istəyən Li Gomin və Canq Quikunu bıçaqlayıb.
Onların hər ikisi hadisə zamanı ölüb.
Bununla bağlı olaraq məhkəmədə Ma Çenqoya ölüm hökmü çıxarılıb.