ABŞ-da güclü fırtına olub.

Unikal.org Amerika KİV-nə istinadən xəbər verir ki, hadisə Tennesi ştatında baş verib. Şiddətli fırtına nəticəsində ən azı 40 binaya ziyan dəyib, 8 nəfər isə həlak olub. 50 mindən çox insan elektriksiz qalıb. 

Bundan əlavə xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib.