Çində koronavirusdan ölənlərin və yoluxanların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, virusdan ölənlərin sayı 2 981, yoluxanların sayı isə 80 270 nəfərə çatıb.

Son məlumata görə, 31 əyalətdə virusa yoluxma qeydə alınıb. Virusa yoluxmuş 49 856 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.