ABŞ-ın Kaliforniya ştatında daha 2 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hər iki hal Kaliforniyanın Los-Anceles şəhərində qeydə alınıb.

Məlumata görə, yoluxan şəxslər 60 yaşlı kişi və 30 yaşlı qadındır. Onlar koronavirusun geniş yayıldığı yerlərə səyahət ediblər.