Rusiya Müdafiə Nazirliyi Türkiyənin Suriyada keçirdiyi "Bahar Qalxanı" əməliyyatı ilə bağlı növbəti açıqlama yayıb.
Unikal.org xəbər verir ki, Rusiya MN-nın açıqlamasında deyilir: "Türkiyə İdlibdə əsgər sayını artıraraq beynəlxalq hüququ pozur. Qarşıdurmadan təmizlənmiş bölgə yaradılması razılaşması çərçivəsindəki öhdəliklərini yerinə yetirmədi".
Qeyd edək ki, "Bahar qalxanı" adı altında 2020-ci ilin fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı hərbi əməliyyata başlayıb.