Türkiyə Rusiya məxsus Serakib şəhərində qiyməti 15 milyon dollardan artıq olan hava hücumundan zenit-artilleriya və zenit-raket kompleksi müdafiə sistemini vurub.
Unikal.org Türkiyə Müdafiə nazirliyinə istinadən xəbər verir ki, İdlibin Serakib şəhərində yerləşdirilən Pantsir-S1 qurğusu Türkiyə TSK-ya aid PUA-larla vurulub.
Qeyd edək ki, Pantsir-S1 Rusiyanın Tula şəhərində yerləşən KBP korporasiyası tərəfindən istehsal olunan qısa-orta mənzilli zenit-artilleriya və zenit-raket kompleksi. Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub. Pantsir-S1 hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunur.