Polşada koronavirusa yoluxma ilə bağlı ilk hadisə qeydə alınıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Varşavada keçirilən mətbuat konfransında Polşanın Səhiyyə naziri Lukaş Şumovski məlumat verib.
Onun sözlərinə görə, yoluxmuş şəxs Almaniyadan gələn xəstədir.
Nazir pasiyent və ailəsi haqqında əlavə məlumat verməyib.