Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Bəxtiyar Hacıyevin martın 2-də quruma ünvanladığı 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.
Unikal.org-un xəbərinə görə, BŞİH cavab məktubunda müraciətin “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermədiyini bildirib:
“Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrində seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək yox, aidiyyatı üzrə müraciət etmək tövsiyə edilir”.
BŞİH qeyd olunanları nəzərə alaraq planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etməyib.