Xəbər verdiyimiz kimi, Əsəd rejiminin İdlibdə təşkil etdiyi hücum nəticəsində 34 Türkiyə əsgərinin şəhid olmasından sonra Ərdoğanın rəhbərlik etdiyi təhlükəsizlik komissiyası bir sıra qərarlar qəbul edib.
Bura rejimin hücumuna dərhal cavab verilməsi və Türkiyə sərhədlərində olan mühacirlərin Avropaya getmək istəyərkən onlara mane olunmaması kimi qərarlar daxildir.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərarı eşidən on minlərlə qaçqın sərhəd bölgələrinə axın edib. Bəziləri quru yoluyla, bəziləri isə dənizdən Avropaya yola düşüb.
Bu barədə Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu "tvitter" hesabından məlumat verib.
Nazirin bildirdiyinə görə, yerli vaxtla saat 09.00-da Ədirnədən Yunanıstana keçən immiqrantların sayının 135 min 844 nəfərdir.