Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 3-nə olan məlumatı açıqlayıb.
Unikal.org-un xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Andorra, İordaniya, Latviya, Mərakeş, Portuqaliya, Səudiyyə Ərəbistan, Seneqal və Tunisdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 90 870 (1922 yeni)
Çində: 80 304 130 yeni)
2946 ölüm halı (31 yeni)
Çinin xaricində:
10 566 yoluxma halı (1792 yeni)
72 ölkə (8 yeni)
166 ölüm halı (38 yeni)
ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.