Ermənistanda siyasi güclər
13:35 13-11-2012
İQTİSADİYYAT
Ermənistanda siyasi güclər
Hansı namizəd Azərbaycanı maraqlandıra bilər?
Ermənistan prezident seçkilərinə hazırlaşır. Artıq bununla bağlı siyasi qüvvələr arasında bir aktivlik müşahidə olunur . Qeyd edək ki, Ermənistanda prezidentliyə kifayət qədər ciddi namizədlər var. Gəlin öncəliklə namizədlərin kimliyinə baxaq.
1. Serj Sarksyan
2. Robert Köçəryan
3. Vardan Oskanyan
4. Ter Petrosyan
İndi isə bir-biri ilə savaşa başlayan bu namizədlərin kimliyinə və imkanlarına diqqət ayıraq.
Serj Sarksyan ruzigarı
Serj Sarksyan Dağlıq Qarabağ qruplaşmasının aktivlərindən sayılır və Dağlıq Qarabağ savaşı zamanı kifayət qədər aktivlik göstərib. Qeyd edək ki, Serj Sarksyan 1991-1994-cü illərdə Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı olub və keçmiş prezident Robert Köçəryanın sağ əli hesab olunub. O, müxtəlif vaxtlarda güc strukturlarında mühüm postlar tutub və 2007-ci ildə Ermənistanın baş naziri təyin olunub. Robert Köçəryan ötən prezident seçkilərində iştirak edə bilmədiyindən onun prezidentliyini dəstəkləyib və o, 2008-ci ildə prezident seçilib. Əksəriyyət hesab edirdi ki, Serj Sarksyan Rusiyanın Dmitri Medvediyevi olacaq və 5 illik müddəti başa çatandan sonra postunu yenidən Robert Köçəryana təhvil verəcək. Amma hazırkı proseslər göstərir ki, Serj Sarksyanın belə bir fikri yoxdur və artıq Robert Köçəryanla üz-üzədir. Son parlament seçkilərində də bu açıq şəkildə göründü. Belə ki, Robert Köçəryan hakim partiya ilə yox başqa bir partiya ilə əməkdaşlıq etdi və parlament seçkilərində ikinciliyi həmin partiya təmin etdi. Bu isə o demək idi ki, köhnə dostlar artıq yeni düşmənlərdir. Ekspertlər hesab edir ki, Serj sarksyan Robert Köçəryandan fərqli olaraq daha çox çalışır ki, qərblə münasibətləri qaydaya salsın. Hətta o Türkiyə ilə sərhədlərin açılmasına da kifayət qədər həvəs göstərir. Amma Rusiya təsirindən çıxa bilməyən Serj Sarksyan hazırda konkret siyasi iradə nümayiş etdirə bilmir. Həmçinin beş illik prezidentliyi dövründə aydın oldu ki, o ölkənin iqtisadi durumunu nəinki qaydaya sala bildi, hətta ölkədə ciddi sosial problemlər yaranıb. Bu gün Ermənistan korrupsiya və rüşvət məngənəsindən çıxa bilmir və bütün bunlar hazırkı prezidentin imicinə ağır zərbə vurub.
Robert Köçəryan iddiası
Həyatı və siyasi fəaliyyəti
Robert Köçəryan siyasətə 1988-ci ildə gəlib və o , Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulur və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilir.
1991-1992-ci illərdə Dağlıq Qarabağ Ali Sovetinin deputatı, 1994–cü ildən 1996-cı ilədək qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuşdur. 1997-ci ilin martında Ermənistan Respublikasının baş naziri təyin edilmiş, 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra Ermənistan Respublikasının prezidenti seçilmiş, 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutmuşdur. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən getmişdir.
Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi ki, bu da ölkənin Rusiyadan asıllığını daha da gücləndirdi.
Köçəryanın hakimiyyəti dövründə Ermənistan parlamentində baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, bir sıra deputatlar və eləcə də hökumət üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən terror aktı baş vermişdir. Yuxarıda da qeyd etdiyimiz kimi Robert Köçəryan hazırda Rusiyanın ən etibarlı adamı hesab edilir və Rusiya seçkilərdə açıq şəkildə ona dəstək verəcək. Tək bunu demək kifayətdir ki, Vladimir Putin baş nazir olan zaman Ermənistan prezidenti Serj Sarksyanla bir dəfə , heç bir rəsmi vəzifəsi olmayan Robert Köçəryanla dörd dəfə görüş keçirib və bu görüşlər hər dəfə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərindən öncə baş verib. Buda bildirilir ki, Ermənistan iqtisadiyyatını Rusiyaya təslim edən Robert Köçəryan həm də Ermənistanda bir çox biznes sahələrinə nəzarət edir. Yəni onun kifayət qədər imkanları var ki, hazırkı prezidentə ciddi problemlər yaratsın. Buna görə də Robert Köçəryanında şansı yüksək sayılır. Amma onun tək bir problemi odur ki, erməni toplumu Robert Köçəryanı heç bir halda qəbul etmək istəmir. Çünki məhz Robert Köçəryanın hakimiyyəti dövründə rüşvət və korrupsiya kifayət qədər inkişaf etdi. Bundan başqa seçkilərin saxtalaşdırılaraq Serj Sarksyanın hakimiyyətə gəlməsini o təşkil etdi və buna görə müxalifətə ağır zərbə vurdu. Bunu isə Ermənistanda heç kəs unutmayıb və bu baxımdan onun kifayət qədər problemləri olacaq. Bundan başqa Robert Köçəryan həm də Dağlıq Qarabağ probleminin həllinə ciddi əngəllər yaradan siyasətçi kimi tanınıb. Dəfələrlə problemin həlli ilə bağlı hansısa irəliləyişlər olanda Robert Köçəryan iddiası məsələni alt-üst edib.
Vardan Oskanyan gücü
Vardan Oskanyan əslində Robert Köçəryan hakimiyyətinin ən parlaq simalarından idi və o Robert Köçəryanın prezidentliyi zamanı xarici işlər naziri vəzifəsində çalışıb. O, Dağlıq Qarabağla bağlı sərt siyasətin yürüdülməsi tərəfdarıdır və indinin özündə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın müstəqilliyi Ermənistan tərəfindən tanınmalıdır. O, Dağlıq Qarabağ ermənisi olmasada Ermənistandakı qruplaşmalarda hər zaman Dağlıq Qarabağ ermənilərinin yanında olub. Hazırda onun Ermənistanda kifayət qədər nüfuzu var və ciddi kompaniyaya start verərsə, seçkilərdə qələbə qazanma imkanları olacaq. Elə buna görə də Serj Sarksyan indidən ona qarşı müəyyən addımlar atır və konkret olaraq onun həbsi gündəmdədir. Millət vəkili olan Oskanyanın toxunulmazlığı ləğv olunub və güman edilir ki, yaxın zamanlarda həbsi də qaçılmaz olacaq. Bu arada aydın olub ki, əslində Robert Köçəryanla Vardan Oskanyan bir komandadadır və seçkilər zamanı kimin nüfuzu daha çox olarsa o da seçkilərdə namizəd göstəriləcək.
Ter- Petrosyan hikkəsi
Levon Ter-Petrosyan 1991-ci ildə Ermənistanda prezident seçkilərinin qalibi olaraq ilk prezidentlik statusu qazanıb. O, hazırda Dağlıq Qarabağ ermənilərinə qarşı fəaliyyət göstərən əsas gücdür. Xatırladaq ki, o Suriyada doğulub və 1945-ci ildə Ermənistana gəlib. Ter-
Petrosyan prezident olduğu müddətdə ilk yanlışlığı o oldu ki, Dağlıq Qarabağ separatçılarının hakimiyyətdə təmsil olunmalarına yaşıl işıq yandırdı. Məhz bu yanlışlığından sonra Robert Köçəryanın rəhbərlik etdiyi Qarabağ erməniləri hakimiyyətdə təmsil olundular və Daşnaksütyun partiyası ilə müttəfiq olaraq Ter-Petrosyanı iflic hala saldılar. Bunu da qeyd edək ki, O öncələr Dağlıq Qarabağ probleminin həllinə maneələr yaratmağa çalışsada, növbəti mərhələdə daha yumşaq xətt tutdu və ilk dəfə o Azərbaycan rəhbərliyi ilə apardığı danışıqlara müvafiq olaraq Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların geri qaytarılmasına hazır olduqlarını bəyan etdi. Amma artıq gec idi və verdiyi bu bəyanat onun məcburi istefası ilə sona çatdı. Nəticədə 1998-ci ilin fevralında o məcburi istefaya getdi və postunu Robert Köçəryana təhvil verdi. Bu gün isə o müxalifətin əsas lideridir və kütlə tərəfindən qəbul olunur. Bundan başqa o yeganə siyasilərdəndir ki, korrupsiya və rüşvət faktlarında adı hallanmır. Amma qəribəsi odur ki, Ter-Petrosyan nə qərb tərəfindən nə də Rusiya tərəfindən ciddi dəstək ala bilmir. Halbu ki, ötən prezident seçkilərində o faktiki qələbə qazanmışdı və qərbin dəstəyi olmadığına görə seçkilərin nəticəsi saxtalaşdırıldı.
Maraqlıdır, bəs bu namizədlərdən hansının qələbə qazanması Azərbaycan üçün maraqlı olar və Dağlıq Qarabağ probleminin həllində daha loyal xətt tuta bilər?
Ekspertlər hesab edir ki, bu namizədlərdən ikisi Vardan Oskanyan və Robert Köçəryan Azərbaycana qarşı daha sərt xətt yürüdən siyasilərdir və onlar prezident seçkilərində qalib gələrlərsə Dağlıq Qarabağ problemi ilə bağlı başlanan danışıqlar yarımçıq qalacaq. Hətta Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınması üçün danışıqları aktivləşdirəcəklər. Namizədlərdən hələ ki, qeyri-stabil xətt yürüdəni isə Ter-Petrosyandır. Müxalifətin lideri açıqlamalarında bir tərəfdən Dağlıq Qarabağ probleminin tez həll olunmasının vacibliyini bildirir, qərblə inteqrasiyanı dəstəkləyir, amma bu biri tərəfdən də Dağlı Qarabağın bir respublika olaraq tanınmasını tələb edir. Müşahidəçilər hesab edir ki, bu namizədlər arasında daha maraqlı personaj elə Serj Sarksyandır. Nəyə görə? Qeyd olunur ki, Serjs Sarksyanın yenidən prezident seçilmə şansları çoxdur və o seçkilərdə qalib gələrsə aşağıdakı olaylar baş verəcək
1. Ermənistan iqtisadiyyatı daha da çökəcək
2. Rusiya ilə münasibətlər soyuyacaq
3. Qərbə inteqrasiya etməyə məcbur qalacaq
4. Korrupsiya və rüşvət daha da inkişaf edəcək və nəticədə Ermənistan daha da zəifləyəcək
5. Rusiyadan uzaqlaşmağa məcbur qalan Ermənistana qərbin təsiri artacaq və Dağlıq Qarabağla bağlı danışıqlarda yeni vəziyyət yaranacaq
Ekspertlər buna görə hesab edir ki, onun yenidən seçilməsi regionda durumun dəyişməsinə təsir edəcək. Ən azından Rusiya Ermənistan kimi müttəfiqini müəyyən hallarda itirmiş olacaq. İstənilən halda buda qeyd edilməlidir ki, ümumilikdə götürəndə Ermənistanda kimin prezident seçilməsinin o qədərdə önəmi yoxdur. Çünki Ermənistan iqtisadiyyatı bu gün dizi üstədir və yaxın illərdə bu böhrandan çıxması mümkünsüzdür. Buna görə Ermənistan məcburdur ki, hansısa böyük gücün vassalı rolunda iştirak etsin. Deməli Azərbaycan problemin həllini məhz o güclərdə axtarmalıdır.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00