İranda koronavirusdan ölən siyasətçilərin sayı artır.

Unikal.org IRNA-ya istinadən xəbər verir ki, ölkə parlamentinə Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər ötən gün müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir. Virusdan ölənlərin sayı isə 124 nəfərdir.