Yeni növ koronavirus (Covid-2019) sürətlə dünyaya yayılmağa və insanların ölümünə səbəb olmağa davam edir.

Unikal.org xəbər verir ki, son bir sutka ərzində dünyada 100 nəfər koronavirus səbəbindən dünyasını dəyişib. Virusa yoluxan xəstələrin sayı 106165 nəfər, ölənlərin sayı isə 3594 nəfərə çatıb.

Argentinada isə yeni növ koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Rəsmi şəxslər tərəfindən edilən açıqlamaya görə, həmin şəxs təxminən bir ay öncə Fransadan Argentinaya gəlib.