İclasda daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyir. 

***  11:02

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev iclasda iştirak edir.

*** 10:02

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. 

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.