Türkiyənin Tekirdağ vilayətində azərbaycanlı qadını öldürən şəxs polisə gedərək təslim olub.
Unikal.org xəbər verir ki, 48 yaşlı türk vətəndaşı Tarık T. sevgilisi 41 yaşlı azərbaycanlı iki uşaq anası olan Günay Səfərovanı yaşadığı evdə bıçaq xəsarəti yetirərək qətlə yetirib.
Polisə təslim olan şübhəli şəxs istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma davam edir.
Xatırladaq ki, polis işçiləri G.Səfərovanın yaşadığı mənzilə gedərək onun cansız bədənini aşkar ediblər.