Gəncədə keçmiş rektora həbs təhlükəsi
13:08 14-11-2012
İQTİSADİYYAT
Gəncədə keçmiş rektora həbs təhlükəsi
Elman Məmmədovun fəaliyyətinin geniş təftişi başlandı
Gəncə Dövlət Universitetinin keçmiş rektoru Elman Məmmədov ətrafında qaranlıq proseslər cərəyan edir. Keçmiş rektorun fəaliyyətinin total təftişinə başlanılması onun gələcəyi üçün ciddi təhlükələrin müjdəçisi sayıla bilər. Bu barədə redaksiyamıza Gəncədəki qaynaqlardan məlumat daxil olub.
Xatırladaq ki, Elman Məmmədov Gəncə Dövlət Universitetinin rektoru vəzifəsindən bu ayın 8-də azad edilib. Əldə etdiyimiz məlumatlarda onun görəvindən alınmasının rəhbərlik etdiyi ali təhsil müəssisəsində gözlənilməz qarşılandığı və təəccüb doğurduğu məlum olub. Yalnız bundan sonra aydınlaşıb ki, sabiq rektor ölkənin ikinci böyük şəhərinin icra başçısı Elmar Vəliyevlə bir müddət əvvəldən başlanan konfliktin qurbanına çevrilib.
Vəliyevin isə Məmmədovu görəvindən kənarlaşdırmaq üçün əlində kifayət qədər əsaslar varmış. Belə ki, son iki ildə bu ali təhsil müəssisəsindəki rüşvət və korrupsiya halları ilə bağlı şikayət və müraciətlər az qala ölkə mətbuatının "bəzəyinə" çevrilmişdi, bundan başqa universitetin adı qanunsuz tələbə köçürmələrindən tutmuş digər çeşidli maxinasiyalaradək bir çox qanunsuzluqlarda hallanırdı.
Məsələn, Elman Məmmədovun fəaliyyətindən edilən şikayətlərdən belə məlum olurdu ki, Gəncə Dövlət Universitetinin tələbələri az qala rüşvətsiz qiymət ala bilmək haqqından məhrum imiş, bu ali məktəbdə "üç" qiymətinin dəyəri 40, "dörd"ün dəyəri 50, "beşin" dəyəri isə 60-80 manatdır. Tələbələr yekunda heç diplom işi yazmağa da məcbur deyil. Sadəcə, əksər hallarda sovet illərində yazılmış köhnə diplom işlərini məzunlara 300 manatdan 500 manata qədər qiymətə satırmışlar.
Gəncə Dövlət Universitetində rüşvət "iererxiy"sı da məlum idi: belə ki, əvvəllər tələbələr müəllimlərə qiymətə görə pulu ayrı-ayrılıqda verirmişlərsə, son vaxtlar bütün pulları bir tələbə yığıb müəllimə çatdırır. Əvəzində də həmin pulu yığan tələbə öz qiymətini "havayı" yazdırır. Pul müəllimdən dekanlara, oradan isə ya prorektorlar vasitəsi ilə, ya da birbaşa rektora çatırmış.
Universitetdə təmir-tikinti işləri adı altında da davamlı şəkildə büdcə vəsaitlərinin mənimsənildiyinə dair də konkret faktlar var.
Bütün bunlar isə Elmar Vəliyevə onun gözündən düşmüş sabiq rektoru sıradan çıxartdırmaq üçün ciddi əsaslar verib. Son nəticədə isə artıq məlum olduğu kimi Elman Məmmədov işindən kənarlaşdırılıb.
"Unikal"a gələn məlumatlarda artıq icra başçısının tapşırığı ilə Gəncə Dövlət Universitetində kütləvi yoxlamalara başlandığı bildirilir. İddialara görə, Vəliyevin göstərişi ilə sabiq rektorun təftişinin fəaliyyətinə müvafiq qurumların nümayəndələri cəlb olunub. Belə ki, yerli təhsil şöbəsinə ali məktəbdə təhsilin durumunu, yerli maliyyə və vergi şöbələrinə vəsaitlərin xərclənməsini yoxlamaq və ən xırda qanunsuzluğa, nöqsanadək aktlaşdırmaq tapşırılıb.
Təftişin sonunda əldə ediləcək nəticələrin hüquq-mühafizə orqanlarına təqdim ediləcəyi və sabiq rektor barədə hüquqi ölçünün götürülməsinə çalışılacaq. Bu isə artıq indidən Gəncədə Elman Məmmədovun həbsinə hazırlıq getdiyi barədə iddiaların ortaya çıxmasına və geniş yayılmasına səbəb olub.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00