Türkiyənin Marmara Universitetinin Hüquq Fakültəsini bitirən və təxminən 8 ildir Rize və Çorum kimi əyalətlərdə hakim  vəzifəsini  yerinə yetirən 41 yaşlı Özkan İldırım vəzifəsindən imtina edib. 

Unikal.org məlumat verir ki, uzun illərdir musiqiyə olan həvəsi onu bu addımı atmasına səbəb olub. 

Belə ki,  müğənni olmağa qərar verən Özkan İldırım Türkiyədə və dünyada yayılan koronavirusdan təsirlənərək  “Ambulans” mahnısını bəstələyib, hətta ona klipdə çəkib. Onun bu hərəkəti sosial şəbəkələrdə gündəm yaradıb.