48 saat ərzində Ukrayna iki həftəlik xarici vətəndaşlara sərhədlərini bağlayacaq.
Unikal.org "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
"48 saat ərzində ölkəmiz xarici vətəndaşlara öz sərhədlərini bağlayacaq. Xarici İşlər Nazirliyi bütün qurumlara, bütün ölkələrə Ukraynanın sərhədlərinin xarici vətəndaşlarına iki həftə müddətinə bağlı olacağı barədə xəbərdarlıq edəcək", deyə o bildirib.