Ukraynada 71 yaşlı qadın koronavirusdan ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu, ölkədə pandemiyadan ilk ölüm faktıdır.
Məlumatda həmin qadının martın 1-də Polşadan Ukraynanın Lvov, daha sonra Jitomir şəhərinə gəldiyi, martın 12-də isə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 134 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 139 481-ə çatıb. Bunların 70 733 nəfəri sağalıb, 5 120 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.