Sürətlə bütün dünyaya yayılan koronavirus Türkiyədə də insanları müəyyən tədbirlər görməyə vadar edib.

Unikal.org xəbər verir ki, xəstəliyə qarşı alınan tədbirlərdən ən maraqlısı isə Bursa şəhərində qeydə alınıb. Belə ki, insanlar çayxanada maska və əlcəkdən istifadə edərək "okey" oyununu oynayıblar.

Çayxananın sahibi "Müştərilərimizin koronavirusdan qorunmaları üçün belə bir addım atdıq. Onlar da bunu olduqca müsbət qarşıladılar" deyib.