ABŞ Prezident Donald Tramp koronavirusla bağlı bu gün yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 23:00) mətbuat konfransı keçirəcək.
Unikal.org xəbər verir ki, o, bu barədə öz "Twitter" hesabında yazıb. "Güclü sərhəd siyasəti sayəsində" bu günə qədər koronavirusdan sadəcə 40 nəfərin dünyasını dəyişdiyini vurğulayan Tramp "Əgər daha zəif və ya açıq sərhədlərimiz olsa idi, ölü sayısı da çox olardı" deyə qeyd edib.
Bu gün keçiriləcək mətbuat konfransında Trampın ölkədə fövqəladə vəziyyət elan edəcəyi iddia olunub.