Daha öncə də xəbər verdiyimiz kimi, Braziliya Prezidenti Cair Bolsonaro koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, onun ABŞ-a səfərindən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Cair Bolsonaro ABŞ-a səfəri zamanı Donald Tramp və onun köməkçisi Mayk Pens ilə toplantılara qatılıb, hətta onlar birlikdə yemək də yeyiblər.
Bu xəbərlərdən sonra yenidən ABŞ Prezidentinin koronavirusa yoluxma təhlükəsi haqqında məlumatlar yayılıb. Lakin Tramp özü bu barədə narahat olmadığını bildirib.