Belçikanın Gent Universitetinin Flamand Biotexnologiya İnstitutu, koronavirusdan qoruyan bir dərmanın araşdırmasında əhəmiyyətli bir addım atıldığını açıqlayıb.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mətbuata açıqlama verən institutun professoru Dr. Xavier Saelens laboratoriya şəraitində “Covid-19” virusunu zərərsizləşdirdiklərini bildirib. 

Bunu “fantastik komanda işinin qələbəsi” olaraq təyin edən Dr.Saelens, bu vacib addımın virusun insan hüceyrələrinə ötürülməsi ilə qarşısını ala biləcəyini bildirib. 

Gülayə Mecid