Afrika qitəsində yerləşən Ruandada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bunu Ruandanın Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, yoluxan şəxs Hindistan vətəndaşıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 146 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 930-a çatıb. Bunların 72 553 nəfəri sağalıb, 5 440 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.