Nizami Gəncə RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini olan 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, 3 nəfərin mobil telefonlarını oğurlayan Samux rayon sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.