Çin hökuməti ölkədə koronavirus (COVID-19) epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirlərə çıxan xərclərini açıqlayıb.
Unikal.org ria.ru-ya istinadən xəbər verir ki, Çinin Maliyyə Nazirliyinin rəsmisi Fu Cinlin bildirib ki, ölkəsi COVID-19-la mübarizəyə ümumilikdə 116,9 milyard yuan (təxminən 16,7 milyard ABŞ dolları) əlavə vəsait sərf edib.