Hindistan hökuməti COVID-19-u ölkə səviyyəsində fəlakət elan edib.
Unikal.org xəbər verir ki, Hindistan hökumətinin açıqlamasında bildirilir ki, ölkədə COVID-19 yayılmasını və ÜST tərəfindən pandemiya kimi təsnif edilməsini nəzərə alaraq mərkəzi hökumət, dövlətin fəlakətlərə cavab vermə fondu daxilində yardım etmək məqsədi ilə xəbərdarlıq edilmiş bir fəlakət kimi baxmağa qərar verib.
Virus səbəbindən ölənlərin ailələrinə təxminən 400 min ruppi kompensasiya veriləcək. Bəzi ştatlarda məktəblərdə dərslər martın 31-dək təxirə salınıb.