Bakıda uşaq döyülərək ağır xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Abbas Mirzə Şərifzadə küçəsində yaşayan 2012-ci il təvəllüdlü Hüseynov Musa Samir oğlu yaşadığı evin yaxınlığında yerləşən avtomobil təmiri sexinə daxil olub.

Uşağın valideynləri bildirib ki, məlum olmayan səbəbdən orada usta işləyən şəxs 8 yaşlı uşağı döyüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda sol qamış sümüyünün sınığı aşkarlanıb və uşaq dərhal həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.