İspaniyanın Baş Naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın rəsmi qurumları məlumat yayıb.
Qeyd olunub ki, xanım Qomes koronavirus yoxlanışından keçib, testin nəticələri müsbət olub. Hazırda onun səhhəti qaydasındadır, Monkloa sarayında müalicə alır.