ABŞ Ticarət Nazirliyi öz firmalarına Rusiyanın “Avilon” və “Technomar” şirkətləri ilə mal ixracını qadağan edib.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, nazirlik bu şirkətlərin ABŞ-ın milli təhlükəsizliyinə və yaxud xarici siyasətinə zidd fəaliyyətlərlə məşğul olduqlarını hesab edir.
Qeyd edək ki, “Avilon” şirkəti maşın və avadanlıqların, “Technomar” isə hidroqrafik və okeanoqrafiya avadanlıqlarının alqı-satqısını həyata keçirir.
Xatırladaq ki, 2016-cı ildə ABŞ Rusiyanın hidroqrafiya və dəniz geologiyası sahəsində fəaliyyət göstərən “Technopol Company” şirkətini analoji siyahıya salmışdı.