Gürcüstandakı Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin Feysbuk hesabında məlumat paylaşılıb.
Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.