Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan yeni növ koronavirusun (Covid-2019) Avropadaki mərkəzinin İtaliya olduğu artıq hər kəsə məlumdur.
Unikal.org xəbər verir ki, İtaliyada bu virusun ciddi şəkildə yayılmasını ölkədə yaşlı təbəqənin üstünlük təşkil etməsi ilə əlaqələndirilir. Karantin altına alınan və demək olar ki, həyatın dayandığı İtaliyada maraqlı hadisələr yaşanmağa davam edir.
Belə ki, insanlar balkonlara çıxaraq mahnı oxumağa başlayıblar.